Sosial şəbəkədə biz:

SOCAR yanacaq satışını dayandırıb?

SOCAR yanacaq satışını dayandırıb?

Son günlər sosial şəbəkələrdə və bəzi KİV-lərdə SOCAR şirkətinə məxsus yanacaqdoldurma məntəqələrində “Aİ-95” (Premium) yanacağının satışının dayandırılması ilə bağlı iddialar öz əksini tapıb.  

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən “SOCAR Petroleum” QSC-nin İctimaiyyətlə əlaqələr şöbə rəisi Afaq Rza bildirib ki, Bu gündən etibarən isə bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər bütün stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər:

“SOCAR brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb. Sadəcə olaraq, yüksək tələbat səbəbindən bəzi stansiyalarda yanacaq ehtiyatı müvəqqəti olaraq bitib. Bu gündən etibarən isə bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər bütün stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”. Dördpe


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol