Sosial şəbəkədə biz:

“Kopenhagen” Azərbaycana qadağa qoydu - “Qarabağ” azarkeşlərinə görə

19 August 2017, 11:14
Gündəm
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Danimarkanın “Kopenhagen” klubu Azərbaycanla bağlı sərt addım atıb.
“Qafqazinfo” xəbər verir ki, klubun rəsmi feysbuk səhifəsinə ölkəmizdən giriş qadağan edilib.
Buna səbəb isə azərbaycanlı fanatların səhifəyə saysız-hesabsız söyüşlər, təhqirlər yazmasıdır.