Sosial şəbəkədə biz:

Bakıda kürəkənlər öz qayınatalarını döydü

22 June 2017, 12:44
Gündəm
Bakının Xəzər rayonunda iki nəfər öz kürəkənləri tərəfindən döyülüb. "Report"un xəbərinə görə, Binə qəsəbəsinin "Südçülük sovxozu" kimi tanınan ərazisində 60 yaşlı Səlimov Aftandil Qulu oğlu və 61 yaşlı Məmmədov Əli Şamil oğlu yaşadıqları evdə kürəkənləri ilə mübahisə ediblər. Nəticədə hər iki şəxs döyülüb. Onlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.