Sosial şəbəkədə biz:

“Məşədi Dadaş” məscidində dava: Bir nəfər xəstəxanalıq oldu

20 June 2017, 12:53
Gündəm
Bakıda məsciddə dava düşüb, gənc oğlan döyülüb.
Azinforum.az Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, “Məşədi Dadaş” məscidində 1999-cu il təvəllüdlü Nəcəfli Toğrul Vilayət oğlu həmyaşıdları ilə mübahisə edib. Nəticədə o, döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.