Sosial şəbəkədə biz:

Çərşənbə günü Azərbaycanda yay fəsli başlayır

17 June 2017, 17:56
Gündəm
Azərbaycanda yay fəslinin başlama vaxtı açıqlanıb.  AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev “Report”a açıqlamasında bildirib ki, 20 mart Bakı vaxtı ilə saat 14.29-dan Azərbaycana qədəm qoyan yaz fəsli 21 iyun saat 08:24-dən etibarən yay fəsli ilə əvəz olunacaq. O bildirib ki, payız sentyabrın 22-dən 23-ə keçən gecə saat 00.02-də, qış isə 21 dekabr saat 10.28-də gələcək.