Sosial şəbəkədə biz:

Gələn il 164 mindən çox uşaq I sinfə gedəcək

15 June 2017, 11:19
Gündəm
2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayının 164 945 nəfər olacağı gözlənilir. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, 2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirir.