Sosial şəbəkədə biz:

Azərbaycanın məşhur heykəltəraşı emalatxanada ölüb

21 July 2015, 11:48
Gündəm
Azərbaycanın məşhur heykəltəraşı dünyasını dəyişib. “Report”un məlumatına görə, heykəltəraş Sabir Məmmədov 66 yaşında vəfat edib. Mərhumun meyiti Azərbaycan Rəssamlar İttifaqının Nəsimi rayonu ərazisində yerləşən emalatxanasında tapılıb. S.Məmmədovun infarktdan dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, S.Məmmədov 1949-cu ildə anadan olub. Allah rəhmət eləsin!