“İndiki zamanədə zəng edib kiminsə əhvalını soruşmaq çox nadir hallarda olur. Artıq çoxdandır, heç kimlə danışmıram. Xeyli müsahibə istəyən var, heç kimə müsahibə vermirəm. İndiki zəmanədə susmaq daha əlverişlidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.
O, “Adamlar və ağaclar” əsərinə görə mükafat alsa da, heç kimin onunla maraqlanmamasından da gileylənib: “O boyda Avropa mükafatı aldım, heç zəng edib təbrik də etmədilər. “Adamlar və ağaclar” əsərim Avropada birinci yerə çıxdı. Heç maraqlanan olmadı. Bu barədə nə yazdılar? Heç nə. Mənim üçün vacib olan belə şeylərdir. Başqa məsələlərə qarışmaq istəmirəm".
Ə.Əylisli tədbirlərə dəvət alıb-almaması, hazırda hansı əsəri yazması barədə sualı isə belə cavablandırıb: “Səhhətim imkan vermir ki, hansısa tədbirlərə gedəm. Heç xoşum gəlmir, mənimlə bağlı xırda şeyləri şişirib yazalar. Adımın hallandırılmasından iyrənirəm, sevmirəm. Adım belə şeylərdə hallanmamalıdır. Mən o dünyanın adamı deyiləm. Bu, mənim xarakterimə uyğun deyil. Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm..."