Sosial şəbəkədə biz:

Bakıda “Dirol”un avtomobilindən 5 min manatlıq saqqız oğurlanıb

11 May 2017, 12:43
Gündəm
Bakıda məşhur saqqız firması olan “Dirol”un avtomobilindən oğurluq olub. “Report”un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, “Dirol” şirkətinin sürücüsü Eldar Əhmədovun idarə etdiyi “İsuzu” markalı maşından dəyəri 5 min manat olan saqqız oğurlanıb. Polis faktla bağlı araşdırma aparır.