Sosial şəbəkədə biz:

CHP sədrinin müavini və partiyanın sözçüsü tutduğu vəzifələrdən istefa verib

06 May 2017, 21:25
Gündəm
Türkiyədə ana müxalifət Cümhurriyyət Xalq Partiyası (CHP) sədrinin iqtisadi məsələlər üzrə müavini və təşkilatın sözçüsü Selin Sayek Böke tutduğu vəzifələrdən istefa verib. “Report” Haber 7-yə istinadən xəbər verir ki, o, barədə sosial şəbəkədəki səhifəsində yazıb. Selin Sayek Böke partiyanın uğursuzluğuna görə CHP sədri Kamal Kılıçdaroğlunu ittiham edib.