“Xoşuma gəlirsə, beş manata köynək alıb geyinərəm. Paltara min manat vermərəm. Min manatlıq geyimim yoxdur”.
Bu sözləri Aşıq Zülfiyyə “Rəngarəng” verilişində deyib.
“İdman geyiminə o pulu verərəm. Çünki o geyimdə çox rahat oluram, klassikdə yox. Görürsən, toylarda kimsə paltar geyinib, yaxası təmiz yoxdur, arxasında isə bir metr paltar gedir. Onu da darta-darta əziyyət çəkir. Sanki quyruğunu dartır. Niyə o əziyyəti çəkməlisən axı?”