Sosial şəbəkədə biz:

"Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq" - Ərdoğan

04 March 2025, 00:37
Gündəm

Cənubi Qafqazda sabitlik üçün səylərimizi davam etdiririk.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasını davam etdirir: “Eyni zamanda Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq”.