"Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermir. Bu kimi hallar təqaüd məsələsində təsir göstərə bilər".
Bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı “Qadın iştirakçılığının təbliği” adlı konfransda deyib.
O qeyd edib ki, belə hallarda kişinin əməkhaqqından qadının da pensiya fonduna yığım ola bilər: "Məsələni qanuniləşdirmək olar. Buna kimsə etiraz etməməlidir, çünki kişinin özü qadını çalışmağa qoymayıb". modern.az