Sosial şəbəkədə biz:

"Qarabağ" futbolçusunu məşhur kluba 3,5 milyon avroya satdı

29 December 2024, 00:40
Gündəm

"Qarabağ"ın hücumçusu Olavio Juninyo "Sevilya"ya keçməyə yaxındır.

Trend xəbər verir ki, Ağdam təmsilçisi ispan klubu ilə müqavilənin detalları razılaşdırılıb.

Keçidin "Sevilya” üçün 3,5 milyon avroya başa gələcəyi bildirilir. "Qarabağ"ın rəhbərliyi bir neçə gün əvvəl tərəflər arasənda danışıqları təsdiq etsə də, transfer məbləğində ortaq məxrəcə gəlmədiklərini deyib.

Qeyd edək ki, braziliyalı forvard "Sevilya"nın əsas transfer hədəfi sayılır.