Sosial şəbəkədə biz:

Nizami rayonunda küçələri çirkab suyu basdı

24 December 2024, 18:00
Gündəm

Bakının Nizami rayonu Qara Qarayev prospekti yaxınlığında iki küçəni çirkab suyu basıb, ətrafa üfunət qoxusu yayılıb. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə kanalizasiya sisteminin tutulması nəticəsində baş verib. 

"Axıntının qarşısı alınıb. Əraziyə texnika çağırılıb, tez bir zamanda məsələ həllini tapacaq”.