Sosial şəbəkədə biz:

Güləşçimiz Astanada qızıl medal QAZANDI

30 November 2024, 01:03
Gündəm

Azərbaycan təmsilçisi Ağanəzər Novruzov Qazaxıstanın paytaxtı Astanada keçirilən sərbəst güləş üzrə "Güləş ulduzları liqası"nda qızıl medal qazanıb.

Belə ki, idmançımız 74 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, həlledici mərhələdə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabıyla qalib gəlib.