Sosial şəbəkədə biz:

MSK sədri: Bələdiyyə seçkilərinin yanvarın 25-dən sonra keçirilməsi mümkündür

06 November 2024, 16:42
Gündəm

Azərbaycanda bələdiyyə seçkilərinin gələn ilin yanvar ayının 25-dən sonra keçirilməsi daha məqsədəuyğundur.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, bununla bağlı dəqiq gün açıqlanacaq: "Noyabrın axırına dəqiq günü elan edəcəyik".