Sosial şəbəkədə biz:

2024-cü il ərzində Bakı həbsxanalarında 34-cü ölüm

19 October 2024, 09:41
Gündəm

Bakıda məhkum ölüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1982-ci il təvəllüdlü İntiqam Əliyevin vəziyyəti qəfil pisləşib.

O, 1 Saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda keçinib.

Mərhumun üzərində hər hansı zorakılıq izi aşkarlanmayıb.

Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 34-cü ölüm hadisəsidir.