Sosial şəbəkədə biz:

Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək

06 October 2024, 08:43
Gündəm

Qəbul imtahanlarında ən yüksək nəticələr göstərmiş bir qrup tələbəyə Prezident təqaüdü veriləcək.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-2025-ci tədris ilində qəbul imtahanlarında ən yüksək nəticələri göstərən 102 tələbə Prezident təqaüdü alacaq.

Prezident təqaüdünün məbləği 275 manatdır.