Sosial şəbəkədə biz:

Rövşən Rüstəmovun rəhbərlik etdiyi qurum yenə məhkəməyə verildi

29 September 2024, 09:43
Gündəm

"Azərbaycan Dəmir Yolları" QSC məhkəməyə verilib.

Pravda.az-ın xəbərinə görə, QSC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti "Oil Supply" MMC edib.

Mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələr olan iş hakim Kənan Hüseynovun icraatındadır. Baxış iclası oktyabrın 18-də keçiriləcək. 

Qeyd: "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmovdur.