Sosial şəbəkədə biz:

“Araz-Naxçıvan” “Səbail”i məğlub etdi

28 September 2024, 01:00
Gündəm

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib.

İlk gündə bir oyun baş tutub.

"Araz-Naxçıvan” "Səbail”lə üz-üzə gəlib və rəqibi üzərinə 3:2 hesablı qələbə qazanıb.

Bu turun "Zirə” – "Kəpəz” və "Neftçi” – "Sumqayıt” oyunları sabah, "Şamaxı” – "Turan Tovuz” və "Qarabağ” – "Sabah” görüşləri isə sentyabrın 29-da baş tutacaq.

Azərbaycan Premyer Liqası

8-ci tur

27 sentyabr

"Araz-Naxçıvan” – "Səbail” 3:2

Qollar: Bəxtiyar Həsənalızadə, 52. Felipe Santos, 57-pen. Bernardo Dias, 84 – Qorka Larruçea, 45+2; 89.

Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Teymur Teymurov, Fərid Hacıyev.

"Kapital Bank Arena”, 19:00.