Sosial şəbəkədə biz:

Paris-2024: İlham Zəkiyev bürünc medal qazandı

08 September 2024, 10:00
Gündəm

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

İkiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə monqolustanlı Qanbat Daştserenlə qarşılaşıb.

Rəqibini məğlub edən İlham Zəkiyev yarışı 3-cü yerdə tamamlayıb. 

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.