Sosial şəbəkədə biz:

Son 5 ildə Böyük Vətən Müharibəsi veteranlarının sayı 6 dəfə azalıb

15 August 2024, 00:39
Gündəm

Ötən ayın əvvəlinə olan məlumata görə Azərbaycanda 1941-1945-ci il Böyük Vətən müharibəsinin iştirakçısı olan 21 nəfərin hər biri ayda 330 manat təqaüd alıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, son bir ildə təqaüd alan Böyük Vətən müharibəsinin iştirakçılarının sayı 27,6% və ya 8 nəfər azalıb.
1941-1945-ci il Böyük Vətən müharibəsi veteranlarının sayı azalsa da, onlara verilən təqaüdün miqdarı dəyişməyib.
Son 5 ildə Böyük Vətən müharibəsi veteranlarının sayı və onlara verilən təqaüdün məbləği aşağıdakı kimi olub:

İllərTəqaüd alan Böyük Vətən müharibəsi iştirakçılarının sayı, (nəfər)Təqaüdün aylıq məbləği,
(manat)
1 iyul 2020124150
1 iyul 202173300
1 iyul 202241300
1 iyul 202329330
1 iyul 202421330