Sosial şəbəkədə biz:

Azərbaycanın basketbol millisi Ermənistanı məğlub etdi

10 July 2024, 01:04
Gündəm

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ilk matçına çıxıb.

"Report"un məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu yığma Ermənistan komandası ilə üz-üzə gəlib.

Cəbəllütariqdə gerçəkləşən qarşılaşma millimizin qələbəsi ilə bitib - 86:59.

U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.