Sosial şəbəkədə biz:

AVRO-2024: Fransa Portuqaliyaya penalti seriyasında qalib gələrək, yarımfinala çıxıb

06 July 2024, 08:25
Gündəm

Bu gün AVRO-2024-ün 1/4 final mərhələsi start götürüb.

Günün ikinci matçında Portuqaliya - Fransa üz-üzə gəlib. Görüşün taleyi penaltilər seriyasında həll olunub. Burada Fransa millisi 5:3 hesabı ilə qalib gəlib.

AVRO-2024

1/4 final

5 iyul

23:00. Portuqaliya - Fransa 0:0

Penalti: 3:5

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq, “Volksparkstadion".

APA