Sosial şəbəkədə biz:

SOCAR Gürcüstanda benzinin qiymətini 40% aşağı saldı

01 July 2024, 16:08
Gündəm

Bu gün saat 14:00-dan etibarən 90 dəqiqə ərzində Gürcüstanda SOCAR-ın yanacaqdoldurma məntəqələrində bütün növ yanacaqlar 2 lariyə (1,2 manat) satılıb.
Bu barədə məlumatı “SOCAR Georgia Petroleum” şirkəti yayıb.
Bildirilib ki, buna səbəb futbol üzrə Gürcüstan milli komandasının AÇ-2024-də nümayiş etdirdiyi uğurlu oyun olub.
Qeyd edək ki, Aİ-95 markalı benzin Gürcüstanda 3,34 lariyə satılır.