Sosial şəbəkədə biz:

Builki buraxılış imtahanlarının nəticələri daha yaxşıdır

20 June 2024, 01:22
Gündəm

Builki buraxılış imtahanlarının nəticələri keçən ilki və əvvəli illərdə keçirilən buraxılış imtahanlarının nəticələri ilə müqayisədə daha yaxşıdır.

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "ASAN TV"yə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan dili fənnindən orta statistik abituriyentin nəticəsi təxminən 15 bal artıb. Sədrin sözlərinə görə, oxşar göstərici riyaziyyat fənnində də 5-7 bal arası artıb.

"Amma hələ istədiyimiz səviyyədə deyil", - Məleykə Abbaszadə əlavə edib.