Sosial şəbəkədə biz:

Nazir Lerikə yeni rəis təyin etdi – KİV

12 September 2023, 08:56
Gündəm

Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərovun vəzifədən azad edildiyi bildirilir.
Bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 
Qeyd olunur ki, nazirin digər əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəisinin əməliyyat üzrə müavini, polis polkovniki Ramil Mustafayev vəzifədən azad edilərək Lerikə rəis göndərilib.