Nepalın şimalında daşqın nəticəsində ölənlərin sayı 900 nəfəri keçib, təxminən 4,2 min nəfər itkin düşmüş hesab olunur.
Bu barədə Nepalın Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.
“903 həlak olanın meyiti tapılıb”, – idarənin hesabatında bildirilir.
Məlumata görə, 10 461 nəfər xilas edilib. İtkin düşənlər arasında 592 əcnəbi var.
Bundan başqa, hidroenergetika obyektlərinin ən azı 933 işçisi tunellərdə qala bilər. Report