Sosial şəbəkədə biz:

Ramiz Mehdiyev AMEA-nın siyahısına qaytarıldı - RƏSMİ

21 July 2023, 08:34
Gündəm

AMEA Ramiz Mehdiyevin adının “AMEA-nın sabiq prezidentləri” bölməsində olmamasına münasibət bildirib.

Belə ki, AMEA-nın science.az portalının “AMEA-nın sabiq prezidentləri” bölməsində akademik Ramiz Mehdiyevin adı əvvəlcədən daxil edilməyib.

“Artıq həmin bölmənin yenilənmiş variantında akademik Ramiz Ənvər oğlu Mehdiyevin adı və haqqında məlumat müvafiq səhifədə yerləşdirilib”, - deyə AMEA-nın məlumatında qeyd olunub.