Sosial şəbəkədə biz:

Zelenski Azərbaycana təşəkkür edib

02 June 2023, 09:06
Gündəm

Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə bunun çox yüksək qiymətləndirildiyini deyib.

Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olundu.