Sosial şəbəkədə biz:

Kılıçdaroğlunun ittifaqı dağıldı

01 June 2023, 16:47
Gündəm

Türkiyədə prezident seçkilərində Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləyən "Millət İttifaqı"na daxil olan partiyalar yollarını ayırıb.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu İYİ Partiyasının baş katibi Uğur Poyraz bildirib.
O canlı yayım zamanı mayın 28-dən etibarən "Altılı masa"nın dağıldığını açıqlayıb:"Bu ittifaqın adı seçki ittifaqıdır. Seçki bitəndə ittifaq vəziyyəti aradan qalxır. Yəni, seçki bitdi, ittifaq tamamlandı".