Sosial şəbəkədə biz:

Buzovnada dənizkənarına yenidən hasar çəkilir - Video

31 May 2023, 09:02
Gündəm

Paytaxtın Buzovna qəsəbəsi, Zuğulba adlanan ərazidə çimərliyin sahilyanı ərazisi hasarlanıb.

Sakinlər dəniz kənarında hərəkətə mane olan hasarın sökülməsini istəyirlər.

Onlar deyir ki, hər dəfə bura gələndə qayaların üzərindən keçmək məcburiyyətində qalırlar.

Mövzu ilə bağlı Xəzər rayon İcra Hakimiyyəti sorğunu cavablandırmayıb.

Sakinlər ümid edir ki, onların gediş-gəlişinə mane olan hasar  sahildən söküləcək.

Ətraflı videomaterialı təqdim edirik:

https://www.youtube.com/watch?v=04Efrh_sEQY