Sosial şəbəkədə biz:

Şahin Bağırov rəisi işdən azad etdi - FOTO

22 October 2022, 15:02
Gündəm

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizasının rəisi, gömrük xidməti polkovniki Təyyar Tapdıq oğlu İbrahimov vəzifəsindən azad edilib.

Unikal xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, T.İbrahimov təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat yoxdur.