Sosial şəbəkədə biz:

İstanbulda şəxsi avtomobillərin hərəkətinə qadağa qoyuldu

25 January 2022, 12:14
Gündəm

Türkiyənin İstanbul şəhərində şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya tvitter hesabında açıqlama yayıb.

O, yerli vaxtla saat 13.00-a qədər şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulduğunu açıqlayıb.

Buna əlverişsiz hava şəraiti səbəb göstərilib.