Sosial şəbəkədə biz:

“Azərbaycanlı şagirdlər belə məsələlərin şərhində çətinlik çəkirlər” – Nazir

“Azərbaycanlı şagirdlər belə məsələlərin şərhində çətinlik çəkirlər” – Nazir
Xəbər Şəkli
08 September 2026, 17:31
Cəmiyyət

“Azərbaycanlı şagirdlər riyazi məsələlərin şərhində çətinlik çəkirlər”.
Bunu PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, PISA qiymətləndirmə sistemində istifadə olunan ballar qəbul imtahanlarında tətbiq edilən qiymətləndirmə sistemi ilə tamamilə fərqlidir.
Onun sözlərinə görə, PISA sistemində 500 bal orta səviyyəli nəticə hesab olunur, 400 bal toplayan şagirdin nəticəsi isə bu göstəricidən aşağı qiymətləndirilir.
“Burada bal sistemi tamamilə fərqlidir. Bu sistemdəki 450 bal qəbul imtahanlarında istifadə olunan ballarla müqayisə edilə bilməz. Məsələn, 500 bal orta səviyyəli nəticə hesab olunur. Əgər şagird 400 bal toplayıbsa, bu, daha aşağı nəticə deməkdir. Təxminən bir tədris ili 20 ballıq fərqlə ölçülür”, – nazir qeyd edib.
Emin Əmrullayev bildirib ki, Azərbaycanın riyazi savadlılıq üzrə PISA nəticələrindəki mövqeyi 49-cudur.
Nazir əlavə edib ki, Bakı şəhərinin riyazi savadlılıq üzrə nəticələri inkişaf etmiş şəhərlərin göstəricilərindən daha yüksək olub:
“Buna səbəb riyaziyyat fənninə son vaxtlar göstərilən diqqətin artıq öz nəticəsini verməsidir. Burada riyaziyyat müəllimlərinin xüsusi rolu var”.

APA