Sosial şəbəkədə biz:

Aeroport yolunda mikroavtobus qəza törətdi - Fotolar

16 October 2021, 09:06
Gündəm

Bakıda hava limanı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Mərdəkan istiqamətində, Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb.

Belə ki, “Mercedes Sprinter” markalı mikroavtobus yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, mikroavtobus və elektrik dirəyinə ciddi ziyan dəyib.

Qəzanın baş vermə səbəbi araşdırılır.

/Report