Sosial şəbəkədə biz:

Həbs olunmuş keçmiş deputat Rafael Cəbrayılov koronavirusdan öldü

30 September 2021, 10:52
Gündəm

Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılov vəfat edib. Bu barədə onun yaxınları məlumat verib.

O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, R. Cəbrayılov dələduzluga görə həbs olunmuşdu, bu günlərdə onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilmişdir.