Sosial şəbəkədə biz:

"Taliban" Əfqanıstanı tam nəzarətə götürdü

15 August 2021, 14:58
Gündəm

Radikal "Taliban" hərəkatı Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini bildirib. Bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

"Taliban"ın bəyanatında bildirilir ki, ölkənin paytaxtında heç bir hərbi əməliyyat aparılmır və hərəkat bütün Əfqanıstan üzərində nəzarəti ələ alıb. Telekanalın məlumatına görə, "Taliban" Əfqanıstanın Baqram hava bazasını da nəzarətə götürüb.