Sosial şəbəkədə biz:

Nazir şəhid oğluna Şuşada vəzifə verdi

24 July 2021, 13:42
Gündəm

Daxili işlər orqanlarında kadr təyinatı olub. 
Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə təyinat alıb.
Qeyd edək ki, S.Məhərrəmzadənin atası Nazim Məhərrəmov 1992-də Daşaltı əməliyyatında şəhid olub. Oxu.az