Sosial şəbəkədə biz:

İtkin düşmüş hərbçilərin sayı 7 nəfərdir - RƏSMİ

14 July 2021, 16:17
Gündəm

Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb.

İyulun 14-dək itkin düşmüş hesab olunan 7 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Qeyd olunub ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.