Sosial şəbəkədə biz:

Yunanıstan Azərbaycan vətəndaşları üçün məhdudiyyətləri ləğv edib

04 July 2021, 10:52
Gündəm

Yunanıstanın mülki aviasiyası beş ölkənin vətəndaşlarını öz ərazisinə giriş məhdudiyyətlərindən azad etdiyi siyahıya salıb.

Bu barədə “Greek City Times” bildirib.

Agentliyin məlumatına görə, söhbət Azərbaycan, İordaniya, Moldova, Bruney və Ermənistan vətəndaşlarından gedir. Bundan əvvəl siyahıya Avropa Birliyi ölkələri və Şengen zonası daxil edilib. (report)