Sosial şəbəkədə biz:

DTX rəisi şəhid ailəsini ziyarət etdi

03 July 2021, 09:59
Gündəm

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi, general Əli Nağıyev şəhid Əli Nağıyevin ailəsini ziyarət edib.

Bu haqda şəhidin ailəsi Modern.az-a məlumat verib.

Qeyd edək ki, şəhid anası Lalə Nağıyeva bir neçə gün öncə Modern.az saytına verdiyi müsahibədə oğlunun döyüş yolundan danışmış və eyni ad-soyadı daşıyan DTX rəisi Əli Nağıyevi evlərinə dəvət etmişdi.