Sosial şəbəkədə biz:

Səfər Mehdiyevin bacısı oğlu vəfat etdi

24 June 2021, 11:14
Gündəm

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Səfər Mehdiyevə ağır itki üz verib.

News24.az-ın məlumatına görə, Səfər Mehdiyevin bacısı oğlu, 41 yaşlı gömrük polkovnik-leytenantı Fərman Əliyev ötən gün dünyasını dəyişib. Mərhumun axşam saatlarında ürəktutmadan vəfat etdiyi bildirilir.

O, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Ailəli olan Fərman Əliyevin 3 uşağı var idi.