Sosial şəbəkədə biz:

“Jurnalistlərin binası”nda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılaraq öldü

08 June 2021, 21:22
Gündəm

Bakıda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb.

Hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) C blokunda qeydə alınıb.

Binaya qonaq gələn ailənin 3 yaşlı oğlan övladı 16-cı mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının və təcili yardım briqadasının əməkdaşları cəlb olunub./APA