Sosial şəbəkədə biz:

Naxçıvanda “ASAN xidmət”ə direktor təyin edildi

05 May 2021, 16:09
Gündəm

Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinə direktor təyin edilib.

Bununla bağlı Muxtar Respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Tural Akim oğlu Əliyev təyinat alıb.

Qeyd edək ki, Tural Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.