Sosial şəbəkədə biz:

Milli Qəhrəmanın oğluna vəzifə verildi

15 April 2021, 16:51
Gündəm

Milli Qəhrəman Əliyar Əliyevin oğluna yüksək vəzifə verildi. 
Bu barədə Oxu.Az-a Milli Qəhrəmanın oğlu Emin Əliyev məlumat verib. 
Belə ki, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun əmri ilə, Emin Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, o, artıq bir aydır vəzifəsinin icrasına başlayıb.