Sosial şəbəkədə biz:

Güclü külək Sumqayıtda da fəsadlar yaratdı — VİDEO

07 March 2021, 13:37
Gündəm

Güclü küləyin fəsadları yenə də qeydə alınmaqdadır.

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində külək ağacı diametri 76 mm olan qaz xəttinin üzərinə aşırıb.

Nəticədə 5 yaşayış binasında təxminən 300 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bərpa işlərinə başlanılıb.
https://www.youtube.com/embed/5grerstaUDQ