Sosial şəbəkədə biz:

Teymur Rəcəbovun rəqibi müəyyənləşdi

13 February 2021, 10:01
Gündəm

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsinin 3-cü yer uğrunda görüşündəki rəqibi müəyyənləşib.

34 yaşlı qrossmeyster fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək. Finalda isə norveçli dünya çempionu Maqnus Karlsenlə ABŞ təmsilçisi Uesli So qarşılaşacaq.

Görüşlər bu gün və sabah keçiriləcək.