Sosial şəbəkədə biz:

Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı

Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
Xəbər Şəkli
31 August 2026, 16:13
İqtisadiyyat

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 10 min 405 ədəd hibrid nəqliyyat vasitəsi idxal olunub.
İ
dxal olunan hibrid minik avtomobillərinin 30,8%-i və ya 3 min 203 ədədini elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyəti olmayan benzin mühərrikli hibridlər təşkil edib.
Bundan başqa bu ilin ilk 6 ayında ölkəyə elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyəti olan 7 min 199 ədəd benzin mühərrikli hibrid minik avtomobili gətirilib. İdxal olunan dizel mühərrikli hibridlərin sayı cəmi 3 ədəd olub.
Qeyd edək ki, elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan benzin mühərrikli hibrid nəqliyyat vasitələrinin bir ədədinin orta gömrük dəyəri 22,5 min dollar təşkil edib.
Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olmayan benzin mühərrikli hibrid nəqliyyat vasitələrinin bir ədədinin orta gömrük dəyəri isə 21,1 min dollar olub.
Dizel mühərrikli hibrid nəqliyyat vasitəsinin bir ədədinin orta gömrük dəyəri 43,8 min dollar təşkil edib.
Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olmayan benzin mühərrikli hibridlər aşağıdakı ölkələrdən idxal edilib:
ABŞ – 222 ədəd (1 ədədinin orta gömrük dəyəri 15 487 $);
Amerika Samoası – 1 ədəd (22 010 $);
Böyük Britaniya – 5 ədəd (23 324 $);
Çin – 981 ədəd (21 946 $);
Kanada – 11 ədəd (22 506 $);
Koreya – 960 ədəd (18 143 $);
Meksika – 48 ədəd (8 105 $);
Türkiyə – 12 ədəd (20 850 $);
Yaponiya – 955 ədəd (24 146 $);
Fransa – 6 ədəd (21 817 $);
İtaliya – 2 ədəd (455 075 $).


Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan benzin mühərrikli hibridlər isə aşağıdakı ölkələrdən idxal edilib:
ABŞ – 149 ədəd (1 ədədinin orta gömrük dəyəri 22 490 $);
Böyük Britaniya – 26 ədəd (175 269 $);
Çin – 6 848 ədəd (20 215 $);
Koreya Respublikası – 24 ədəd (11 428 $);
Meksika – 13 ədəd (6 902 $);
Yaponiya – 5 ədəd (12 720 $);
Almaniya – 89 ədəd (39 917 $);
İsveç – 9 ədəd (61 067 $);
İtaliya – 29 ədəd (366 202 $);
Slovakiya – 7 ədəd (105 303 $).


Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan dizel mühərrikli hibridlər aşağıdakı ölkələrdən idxal edilib:
Böyük Britaniya – 1 ədəd (1 ədədinin orta gömrük dəyəri 85 300 $);
Almaniya – 2 ədəd (23 000 $).

Yeniavaz